XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 11:56

Gürcüstanda koronavirus:sutkalıq yoluxma sayı 5 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 068 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 152 704 nəfərə, ölənlərin sayı isə 1 425 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 126 904 nəfərin sağaldığı bildirilir. (apa)