XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 21:35

“Napoli”nin stadionuna Maradonanın adı verildi

İtaliyanın “Napoli” klubuna məxsus stadionun adı dəyişdirilib.

“Fotball İtalia” nəşri xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə “Dieqo Armando Maradona” stadionu adlandırılıb.

Bununla bağlı qərarı Neapol şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

“Napoli” növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 – 1991-ci illərdə “Napoli”də çıxış edib.