XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 23:59

İtaliyada koronavirus:son sutka ərzində 814 nəfər ölüb

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 24 099 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 814 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 58 852 nəfərə çatıb. Ölkədə hazırda 872 385 aktiv koronavirus xəstəsi var, onlardan 3567-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 688 939 nəfərdən 872 385 nəfər sağalıb. (apa)