XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 00:12

Dünya çempionatının vaxtı və formatı açıqlanıb –FİFA 

2021-ci il klublararası dünya çempionatının təxmini vaxtı və formatı müəyyənləşib.

FİFA gələn il Yaponiyada keçiriləcək turnirdə 7 komandanın mübarizə aparacağını açıqlayıb.

Hələlik yarışın dəqiq tarixi məlum olmasa da, ilin sonunda təşkili planlaşdırılır. Ali futbol qurumu turnirin 24 klubun iştirakı ilə Çində keçirilməsini istəsə də, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranan sıxlığı nəzərə alaraq, bu qərara gəlib.

Qeyd edək ki, 2020-ci il klublararası dünya çempionatı gələn ilin fevralına təxirə salınıb. (Apasport.az)