XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 13:04

Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı

Amerikalı boksçular Mayk Tayson və Roy Cons arasındakı döyüş bir milyondan çox ödənişli translyasiya toplaya bilib.

Trend-in məlumatına görə, bu barədə “MMA Fighting” xəbər verib.

Bildirilir ki, görüş təşkilatçılara 50 milyon dollardan çox qazanc gətirib. Bu 675.000 ödənişli yayımlama toplayan Həbib Nurməhəmmədov ilə Castin Geydjinin arasındakı döyüşdən əldə edilən məbləğdən təxminən iki dəfə çoxdur.

Xatırladaq ki, boks üzrə keçmiş dünya çempionları Mayk Tayson ilə Roy Cons arasında 29 noyabrda baş tutan döyüş heç-heçə ilə nəticələnib. Hər iki boksçu qarşıdurmanın nəticəsindən narazı qalıblar vər yenidən mübarizə aparmaq istədiklərini bildiriblər.