XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 20:10

İranda koronavirusdan ölənlərin sayı 50 mini ötüb

İranda karantin tədbirlərinin sərtləşdirilməsi koronavirusa yoluxma hallarının azalmasına səbəb olub.

Son 24 saat ərzində İranda 12 min 151 nəfər koronavirusa yoluxub, 321 nəfər isə həyatını itirib. İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 1, 2 milyona, yoluxaraq ölənlərin sayı isə 50 min 26-ya çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 817 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 719 min 708 xəstə isə sağalaraq evə buraxılıb.

İranda tətbiq olunan 2 həftəlik sərt karantin tədbirləri bu gün başa çatıb.