XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 10:21

“Bağdadi İŞİD-dən təmizləndi”

Bağdadi nahiyesi IŞİD'den geri alındı

Koalisiya güclərinin dəstəyiylə İraq ordusu ölkənin Anbar vilayətindəki Bağdadi qəsəbəsini IŞİD-den geri alıb. Bu barədə məlumatı İraq hökumətinə yaxın qaynaqlar yayıb.

Strateq.az-ın həmin qaynaqlara istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar nəticəsində Hadisə şəhəri üzərində yerləşən daha 7 qəsəbənin azad olunacağı gözlənilir. Kaolisiya qüvvələrinin havadan dəstəyi ilə keçirilən əməliyyatlarda 100-lərlə İŞİD silahlısının məhv edildiyi bildirilir. Fevralın 22-dən başlayaraq martın 6-ə qədər sürən 26 hava bombardımanından sonra hücuma keçən İraq piyada hərbi qüvvələrinin əməliyyatda o qədər də zorlanmadıqları ifadə olunur.

Ordu mənsublarının verdiyi məlumatda bildirilir ki, İraq təhlükəsizlik gücləri və Anbar bölgəsinin yerli döyüşçüləri Fırat çayı üzərindəki üç körpünü və polis mərkəzini geri alaraq Bağdadini IŞİD qüvvələrindən müvəffəqiyyətlə təmizləyiblər. Qeyd edək ki, bu körpülər ötən ilin sentyabr ayından bəri IŞİD-in əlində idi.