XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 21:13

ABŞ-ın hərbi kontingenti Almaniyada qalacaq –Konqres Trampın qərarını əngəlləyəcək

ABŞ Konqresi prezident Donald Trampın Almaniya Federativ Respublikasında yerləşdirilən 12 min ABŞ əsgərini geri çağırmaq barədə qərarını əngəlləmək niyyətindədir.

Məlumata görə, ABŞ Ordusunun bölmələri əsasən Bavariya və Baden-Vyurtemberqdə yerləşir.

Hərbçilər yerli infrastrukturdan istifadə edir, barlara, restoranlara gedir, avtomobillərə yanacaq doldurur və s. Hərbi kontingentin azalması yerli əhalinin məşğulluğuna da mənfi təsir göstərəcəkdir.

Qeyd edək ki, hələ cari ilin iyun ayında ABŞ prezidenti Almaniyada yerləşdirilən amerikalı hərbçilərin sayını azaldacağını açıqlamışdı/Report.