XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 22:41

Yunanıstanın paytaxtında aksiya keçirilib:100-dən çox şəxs saxlanılıb

Yunanıstanın paytaxtı Afinada polis 2008-ci ildə öldürülən yeniyetmə Aleksis Qriqoropulosun xatirəsi ilə bağlı keçirilən yürüşlər zamanı 100 nəfərdən çox şəxsi saxlayıb.

Bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat verib.

Polis koronavirus infeksiyası ilə bağlı kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Qadağanın pozulmasına görə hüquqi şəxslər 5 min avro, açıq havada kütləvi görüşlər təşkil edən şəxslər isə 3 min avro məbləğində cərimə edilir.

Aksiyalar əvvəl sakit keçsə də, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı gücdən istifadə edib. Təkcə şəhərin mərkəzi Eksarxiya rayonunda 60 nümayişçi saxlanılıb.

Qeyd edək ki, 15 yaşlı Qriqoropulos 2008-ci il dekabrın 6-da gənclərlə polis arasındakı “söz atışması”nda müəmmalı şəraitdə öldürülüb. Onun ölümü iki həftə davam edən etiraz aksiyalarına, talan və yanğınlara səbəb olub, Afinada yüzlərlə mağaza dağıdılıb.

Hər il yeniyetmənin ölüm günündə aksiyalar keçirilir, iğtişaşlar olur. /Report