Fransada son sutkada koronavirus infeksiyasına 11 022 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə “Sante Publique” məlumat yayıb.
Qeyd olunub ki, son sutkada 175 nəfər “COVID-19”dan vəfat edib.
Hazırkı dövrədək ölkədə 2 292 497 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 155 nəfər vəfat edib.
Son bir həftə ərzində 8 564 nəfər koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.