XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 09:00

Dünyada koronavirusa yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşır –ÜST

Dünyada COVID-19-a yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşıb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 605 min 211 nəfər yeni koronavirusa yoluxub, 10 min 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 65 milyon 870 min 30, ölənlərin isə 1 milyon 523 min 583 nəfərə çatıb.

Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (308 min 218), Avropada (203 min 298) və Cənubi-Şərqi Asiyada (47 min 679) qeydə alınıb. (apa)