XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 20:21

İran neft hasilatını artırmağa hazırlaşır –Həsən Ruhani

İran neft hasilatını artırmağa hazırlaşır ki, bu da Cozef Baydenin ABŞ-ın Prezidenti vəzifəsi dövründə ölkəyə qarşı tətbiq olunan sanksiyaların bir hissəsini yumşaldacağına dair ümidlərin əlamətidir.

“Bloomberg”in verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani deyib.

Açıqlamada Tehranın yaxın üç ayda mövcud gücünə uyğun olaraq neft istehsalı və ixracı üçün neft sənayesində ehtiyatlarını və avadanlığı hazır vəziyyətə gətirmək üçün tədbirlər görəcəyi bildirilir.

Ruhaninin sözlərinə görə, 2015-ci ildə İranla ABŞ və Avropa arasında olan anlaşmadan sonra ölkə xaricə gündəlik neft satışını 2 mln. barelədək artırmağı bacardı.

“Biz neft hasilatını qısa bir zamanda artırmağa hazırıq”, – deyə Ruhani qeyd edib. (apa)