XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 11:23

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın 46-cı prezidenti Donald Tramp Prezident seçkisinin qalibi olmuş Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək.

TASS-ın məlumatına görə, həmin gün o, Floridaya getməyi planlaşdırır. D. Tramp Floridada təşkil olunacaq böyük mitinqdə tərəfdarları qarşısında 2024-cü ildə keçiriləcək Prezident seçkisində namizəd olacağını elan edəcək.

Bununla da o, C. Baydenin vəzifəsinin icrasına başlaması ilə bağlı keçiriləcək rəsmi tədbirlərin heç birində iştirak etməyəcək.

Ağ evdən bu məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, demokratların namizədi Co Bayden yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq. (apa)