XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 19:17

Mərkəzi Asiya regionu bu il 51 mlrd. dollar itirə bilər –AİB

Asiya İnkişaf Bankının yeni hesablamalarına görə, COVID-19 pandemiyası fonunda bu il qlobal ÜDM bədbin ssenariyə əsasən 8,7% və ya 7,441 trln. dollar azalacaq.

AİB-ın yaydığı məlumata görə, bankın baza ssenarisində 2020-ci ildə qlobal ÜDM istehsalı 7,2% və ya 6,165 trln. dollar azalacağı göstərilir. Nikbin ssenari isə 5,5% və ya 4,757 trln. dollarlıq azalma vəd edir.

AİB-in baza ssenarisinə əsasən, bu il Azərbaycanın da yer aldığı Mərkəzi Asiya regionunun iqtisadiyyatı 11,9% və ya 43 mlrd. dollar azalacaq. Nikbin ssenaridə sözügedən regionda ÜDM-in 9,3% və ya 34 mlrd. dollar azalacağı, bədbin ssenariyə əsasən isə 14,2% və ya 51 mlrd. dollar azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Mərkəzi Asiya regionuna Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Xatırladaq ki, AİB-in Azərbaycan iqtisadiyyatı üzrə verdiyi son proqnoza (sentyabr ayında) əsasən, Azərbaycanda bu il ÜDM 4,3% (əvvəlki azalma proqnozu 0,1%) azalacaq, 2021-ci ildə isə 1,2% artacaq (əvvəlki proqnoz ilə eynidir). (apa)