XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 22:59

“Saudi Aramco” Asiya üçün qiymətləri qaldırıb –“Bloomberg”

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Asiya və Aralıq dənizi regionu müştəriləri üçün ixrac qiymətlərini qaldırıb.

“Bloomberg” xəbər verir ki, bu qərar bir çox ölkələrdə əhalinin bu aydan koronavirusa qarşı peyvəndlənəcəyinə dair xəbərlərin təsiri ilə verilib.

Belə ki, “Arab light” neft markasının qiyməti 80 sent qaldırılıb. Halbuki bahalaşmanın 65 sent olacağı gözlənilirdi.

Qeyd edək ki, bir çox ölkələrdə pandemiyanın ikinci dalğası olduğu üçün Səudiyyə Ərəbistanı üç aydır neftin ixrac qiymətlərini qaldırmırdı. (report)