XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 05:32

Ankarada partlayış: ölənlər və yaralananlar var – VİDEO

Türkiyədə fabiklərdən birində fəhlələrin ölümü və xəsarət alması ilə nəticələnən güclü partlayış baş verib.

“İHA”nın verdiyi məlumata görə, hadisə paytaxt Ankaranın Kazan rayonunda baş verib. Rayon ərazisində fəaliyyət göstərən sement fabrikində sement qazanı naməlum səbəblə partlayıb və yanğın başlayıb.

Baş vermiş bədbəxt hadisə nəticəsində 3 fəhlə ölüb, 2 nəfəri ağır olmaqla 5 fəhlə isə yaralanıb.

Partlayışdan sonra hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb, yaralılar isə yaxınlıqda olan xəstəxanalara çatdırılıblar. Hazırda dağıntıların altında insan olub-olmadığını müəyyən etmək üçün bölgədə axtarış-xilasetmə işləri davam edir.