XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 19:48

Dünyanın ən böyük aviasiya sərgilərindən biri ləğv edilib –Səbəb

2021-ci ilin iyun ayında Fransanın Le-Burje aeroportunda keçirilməli dünyanın ən böyük beynəlxalq aviasiya sərgilərindən biri koronavirus böhranı səbəbindən ləğv edilib.

Bu barədə tədbir iştirakçısının açıqlamasında deyilir.

“COVID-19 infeksiyasının səhiyyə sahəsində yaratdığı böhranla əlaqəli qeyri-müəyyənlik fonunda təşkilatçılar 21-27 iyun 2021-ci il tarixlərində keçirilməli aviaşounu ləğv etmək qərarına gəlib”, – açıqlamada deyilir.

Növbəti Le-Burje aviasiya sərgisi yalnız 2023-cü ilin iyun ayında keçiriləcək. Bəyanatda deyilir ki, ləğv olunan şou iştirakçıları maddi təzminatı tam alacaqlar.

Xatırladaq ki, sözügedən sərgi iki ildən bir təşkil olunur. (apa)