XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 23:14

ABŞ HHQ-nin son 7 ildəki itkiləri:224 pilot, 11,6 milyard maddi zərər

ABŞ Hərbi Hava Qüvvələri son 7 ildə qeyri-döyüş şəraitində 224 canlı qüvvəsini itirib, 186 təyyarə və helikopteri qəzaya uğrayıb.

Bu barədə ölkənin Hərbi aviasiya təhlükəsizliyi üzrə Milli Komissiyanın hesabatında qeyd olunub.

Qəzaya uğrayan təyyarə və helikopterlərin ümumi dəyəri 11,6 mlrd ABŞ dollarıdır.

Məlumata görə, yalnız 2013-cü ildən 2018-ci ilədək ABŞ-ın hərbi aviasiyası 6 000 hava hadisəsində müxtəlif tipli 157 uçan aparat (UA) və 198 pilot itirib. İtirilmiş UA-ların ümumi dəyəri 9,4 mlrd ABŞ dolları olub.

Bildirilib ki, 2019-2020-ci illərdə 29 UA-nın qəzaya uğraması nəticəsində 26 pilot həlak olub. Hesabatda dəymiş zərərin miqdarının 2,25 mlrd ABŞ dolları olduğu vurğulanıb. (report)