XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 00:06

Aİ Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır –Almaniya XİN rəhbəri

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.

“Anadolu”nun verdiyi məlumata görə, bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

H.Maas bildirib: “Biz hesab edirik ki, Aİ-nin Türkiyə ilə dialoqu davam etdirməlidir. Türkiyə məsələsi Aİ liderlərinin sammitində müzakirə ediləcək”.

Onun sözlərinə görə, Aİ ölkələri “Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərinə reaksiya” barədə yekdil qərara gəlməlidirlər.