XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 08:36

Ermənistanda 150-dən çox vəkil Paşinyanın istefasını tələb edib- Bəyanat

“Biz, hüquqşünaslar, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirik. Çünki Paşinyan hakimlərin fəaliyyətinə “müdaxilə edərək”, məhkəmələrin blokadasını təşkil edir, hakimləri təhqir edir, məhkəmə araşdırması ilə təhdid edir və hakimiyyət bölgüsü prinsipini pozur”.

APA “politik.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın 150-dən çox vəkilinin imzaladığı bəyanatda deyilir.

Qeyd edilib ki, Paşinyan komandası Prezidentin və Konstitusiya Məhkəməsi üzvlərinin səlahiyyətlərini qanunsuz olaraq aşağılayır: “Eyni zamanda Paşinyan vəkillərin və jurnalistlərin peşə fəaliyyətlərinə edilən təzyiqlərin qarşısını almadı. Hüquqlarımızı qorumaq üçün lazımi qanun layihələrinin Milli Məclisə təqdim etmək təşəbbüslərimizi baş nazirin tərəfdarları rədd etdi”.

Bəyanatda əlavə olaraq qeyd edilib ki, Paşinyan komandası lazımsız olaraq fövqəladə vəziyyəti və hərbi vəziyyətin müddətini uzadaraq vətəndaşların sərbəst hərəkəti, toplaşmaq, mitinqlərin təşkili və söz azadlığını, eləcə də digər hüquqları pozub.

Vəkillərin imzaladığı sənəddə, həmçinin, qeyd edilib ki, Paşinyan gizli sənədə imza atılmayacağına dair verdiyi vədlərin əksinə olaraq Ermənistanın maraqlarına dair alçaldıcı addım atıb: “Nikol Paşinyan sənədi imzaladıqdan sonra hərbi əsirlər, itkin düşənlər və Ermənistanın sərhədlərinin qorunması məsələsi daxil olmaqla respublikanın maraqlarını təmsil edə bilmir. Sadalanan və bir çox digər səhvlər nəticəsində Ermənistan Respublikasının suverenliyi və hüquqi təhlükəsizliyi təhlükə altındadır”.