XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 09:12

Sabah ilk dəfə “Boeing 737-8 MAX”ın uçuşları bərpa edilir

Braziliyanın GOL aviaşirkəti ayrı-ayrı ölkələrdə iki təyyarə qəzası ilə əlaqədar yaranmış il yarımlıq fasilədən sonra ilk dəfə olaraq “Boeing 737-8 MAX” təyyarələrinin uçuşlarını bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə yük təyyarəsinin saytında bildirilir.

“Braziliyanın ən böyük aviaşirkəti ticarət daşınmaları üçün 9 dekabrdan MAX-8-in istismarına başlayacaq”, – saytdakı xəbərdə deyilir. Qeyd edilir ki, şirkət bu modeldən olan yeddi təyyarəsini ilin sonuna kimi işə salmağı planlaşdırır.

“Son 20 ay ərzində dünyanın müxtəlif ölkələrindən tənzimləyici və aviaşirkətlərin iştirakı ilə ticarət aviasiyasi tarixində ən böyük təhlükəsizlik auditini keçirdik”, – deyə daşıyıcının mətbuat xidməti vitse-prezident Celso Ferrerin sözlərini sitat gətirib. Təyyarəni xidmətə qaytarmazdan əvvəl şirkətin təyyarə istehsalçısı ilə birlikdə Milli Mülki Aviasiya Agentliyinin (ANAC) və ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) tələblərinə uyğun olaraq 140 pilot hazırladığı qeyd olunur.

“Boeing 737 MAX”ın istismarı iki qəzadan sonra dayandırılıb. İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi 29 oktyabr 2018-ci ildə qəzaya uğrayıb. Nəticədə 189 insan həlak olub. 10 mart 2019-cu il Efiopiyada “Ethiopian Airlines” aviaşirkətinin “Boeing 737 MAX 8” təyyarəsinin qəzaya uğraması nəticəsində isə daha 157 insan ölüb.