XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2016 - 19:20

“Windows 10” istifadəçilərinin sayı270 milyonu ötdü

 

“Windows” əməliyyat sisteminin 10-cu versiyasının yükləndiyi cihazların sayı 270 milyonu ötüb.

Azertag.az “runews24.ru” saytına istinadən xəbər verir ki, “Microsoft Build 2016” konfransı zamanı “Microsoft” korporasiyasının icraçı vitse-prezidenti və “Windows&Devices” bölməsinin rəhbəri Terri Mayerson belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə cari ilin yayında yenilənəcək “Windows 10 Anniversary”də bir sıra yeni funksiyalar olacaq.

Məsələn, əvvəllər əməliyyat sisteminə daxil olduqda əlçatan olan biometrik identifikasiya vasitəsi, brauzer yeniləndikdən sonra ayrı-ayrı internet portalları üçün də istifadə etmək mümkün olacaq.