XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 18:41

Litva Prezidenti ölkədə karantin rejimini dərhal sərtləşdirməyə çağırıb- Açıqlama

Litva Prezidenti Qitanas Nauseda koronavirus pandemiyasının yayılmasının sürətini azaltmaq məqsədilə karantin məhdudiyyətlərinin dərhal sərtləşdirilməsinə çağırıb.

Bu barədə Prezidentin baş müşaviri Simonas Krepşta söyləyib.

Bildirilib ki, daha sərt tədbirlər insanlar arasında görüşlərin sayının azaldılmasına yönəldilib. Məhdudiyyətlər həmçinin ticarət məntəqələri, təhsil müəssisələri, iş yerləri və digər sahələri əhatə edəcək

“Prezident hesab edir ki, bu təkliflər dərhal həyata keçirilməlidir” – deyə o əlavə edib.

Həftə sonları qeyri-ərzaq dükanlarının bağlanması da təklif olunub.