ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden müdafiə naziri və gələcək administrasiyada digər vəzifələrə namizədlərini Milad bayramında əvvəl açıqlamağı planlaşdırır.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə prezident seçkilərində qalib gələn demokrat C.Baydenin keçid komandasının saytında bildirilir.
Məlumatda deyilir: “Yeni seçilmiş prezident Baden Milad bayramından əvvəl yeni kabinet üzvlərini təyin edəcək. Müdafiə naziri vəzifəsinə namizəd və kabinetin iqtisadi blokunun üzvləri bu həftənin sonuna qədər açıqlanacaq”.