XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 12:03

Ayətullah Xamnəinin səhhəti necədir? –Keçmiş səfirdən açıqlama

“Ayətullah Xamnəinin səhhətində problem yoxdur”.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, bunu “İranlıların səsi” Partiyasının baş katibi və “Diplomasi İrani” veb-saytının icraçı direktoru, keçmiş diplomat Sadiq Xərrazi bildirib.

Son günlər İran liderinin sağlamlığı ilə bağlı xarici KİV-lərin məlumatlarına təpki verən Xərrazi yayımlanan informasiyanı şayiə kimi səciyyələndirib.

O, sosial şəbəkə vasitəsilə paylaşılan açıqlamasında bildirib: “Allah xatirinə ümumiyyətlə susmağa çalışdım. Ali Rəhbərlik ofisinin öz məlumat sistemi var və mənim kimi birinin şərh verməsi üçün bir səbəb yoxdur, amma mənimlə edilən çox sayda təmasa görə bu yazını dərc edirəm.

Bu gün Ali liderin ofisində keçirilən yığıncaqdaydım və orada nahar etdim. Həzrət Ağanın yaxınlarından biri ilə söhbətim oldu, Allaha şükür ki, sağ-salamatdır, cismi şövq və enerji ilə doludur. Şayiələrə və fərziyyələrə məhəl qoymayın. Bütün ssenari uydurma, şayiə və xarici yalançıların quramasıdır”.