XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 20:54

ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb – Son yeddi gündə ərzində

Son yeddi gündə ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb və bu, həftəlik ifadədə aprel ayından bəri ən yüksək ölüm göstəricisidir.

Pandemiya qurbanlarının ümumi sayı dekabrın 7-dək olan müddətdə 283 703 nəfər təşkil edib.

TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatlarında deyilir.

Son statistikaya əsasən, təkcə dekabrın 2-dən etibarən ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı bir milyondan çox artaraq ümumilikdə 14 954 331-ə çatıb.

“Vəziyyət elədir ki, Şükran gününü arxada qoyub Milad bayramına doğru gedirik. Bu vəziyyət çətin olacaq”, – ABŞ-nin baş infeksionisti, Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında deyib.

Telekanal qeyd edir ki, amerikalı səlahiyyətlilər əhalini koronavirusa qarşı peyvəndləməyə başlayıb və yanvarın 20-dək – ölkənin seçilmiş prezidentinin andiçmə mərasimi gününə qədər onmilyonlarla insane peyvənd vurulmasına çalışır. Lakin ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Aleks Azar hesab edir ki, yaxın həftələrdə yoluxma sayının artmasına dair ümumi tendensiya qorunacaq/Report.