XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 17:36

Suriyanın yeni xarici işlər naziri ilk rəsmi səfərini İrana edib –FOTO

Suriyanın yeni xarici İşlər naziri Faysal Mekdad İrana səfər edib.

Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də bildirib.

“Suriyanın xarici işlər naziri kimi ilk rəsmi səfərini İrana edən mənim köhnə dostum Faysal Mekdadı qonaq etməkdən məmnunam. Siyasi, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi və terrorizmlə mübarizə müzakirə mövzusudur”, – deyə Cavad Zərif vurğulayıb.

İran XİN başçısı ölkəsinin Astana sülh prosesinə tam dəstək verdiyini qeyd edib/APA.