XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 18:21

İranda “quş qripi” aşkarlanıb –Açıqlama

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli “quş qripi” aşkarlanıb. 

Bunu İranın Mazandaran vilayətinin Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

O bildirib ki, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz nəticələri ötən gün pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 qu quşunun ölüsü tapılıb.

Direktor əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti Xəzər dənizi sahilində yerləşir/APA.