XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 11:02

Amerika birjasında ilk dəfə olaraq su satışlarına başlanılıb

Amerika fond birjasında (Wall Street) ilk dəfə olaraq digər məhsullarla yanaşı su da satışa çıxarılıb.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, su fyuçersləri ilə ticarət əməliyyatlarının aparılması ilə bağlı planlar bu ilin sentyabr ayında məlum olub.

O zaman ABŞ-ın Qərb sahilləri meşə yanğınlarından və istidən iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə zərər çəkdi. Qeyd olunur ki, bu müqavilələr, öz növbəsində, fermerlər də daxil olmaqla, böyük su istehlakçılarının müdafiəsinə yönəldilib.

Fyuçerslər 2018-ci ildə fəaliyyətə başlayan “Nasdaq Veles California Water” İndeksinə bağlıdır. Məhz bu indeks suyun orta çəkili qiymətini müəyyənləşdirir.

Ekspertlərin fikrincə, iqlim dəyişikliyi, quraqlıq, əhali artımı su çatışmazlığı və su qiymətləri mövzusunu gələcək illər üçün əsas mövzuya çevirə bilər. Hazırda 2 mlrd. insan su problemi olan ölkələrdə yaşayır və 4 il ərzində dünyanın təxminən üçdə ikisi bu resurs çatışmazlığı ilə qarşılaşa bilər.