XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 13:35

Gürcüstan BTQ vasitəsilə Çinə ixracı artırmağı planlaşdırır- Açıqlama

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini reversiv rejimdə işə salınması tarixi faktdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, BTQ ilə ilk dəfə Türkiyədən Çinə Gürcüstan üzərindən yük daşıması həyata keçirilir.

N.Turnava qeyd edib ki, bu vaxta qədər orta dəhliz vasitəsilə yüklər Çindən Avropaya nəql olunurdu: “Dəhliz üzərindən son iki ildə Asiyadan Avropaya ixrac məhsulları daşınırdı. Lakin artıq biz ixrac qatarının Gürcüstan vasitəsiə Çinə yola düşməsini ilk dəfə müşahidə edirik”.

Nazir BTQ-nin artıq ikitərəfli rejimdə fəaliyyət göstərdiyini deyib: “Dəmir yolu daha çox yük qəbul edir və bu da Gürcüstanın yalnız tranzit funksiyasının gələcək inkişafı üçün deyil, həmçinin Gürcüstan məhsullarının Çin bazarına ixracının asanlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Çin bizim bir nömrəli ixrac tərəfdaşımızdır. Gürcü şərabının böyük hissəsi Çinə ixrac olunur. BTQ ilə Gürcüstandan Çinə ixracın artırılması üçün çox yaxşı imkanlar görürük”.