XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 14:34

Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşları azalıb- Rəqəmlər

Cari ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatına 302,6 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu da, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz azdır.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilib.

Bildirilir ki, cari ilin iyul-sentyabr aylarında Gürcüstana ən çox sərmayə yatıran ilk üç ölkə Böyük Britaniya (117,7 milyon dollar), Niderland (79,3 milyon dollar) və ABŞ (24,2 milyon dollar) olub.

Hesabat dövründə investisiyaların böyük hissəsi maliyyə, energetika və istehsal sahələrinə yönəldilib.