XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 17:37

Gürcüstanda parlament seçkiləri ilə bağlı istintaq komissiyası yaradılacaq:"Əgər 1 faiz yanlışlıq olarsa..."

Gürcüstanda parlament seçkilərinin araşdırılması üzrə müvəqqəti istintaq komissiyası yaradılacaq.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, komissiya parlamentin ilk iclasından sonra çoxluğun təşəbbüsü əsasında təsis olunacaq: “Ekspertlər, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və bütün digər maraqlı tərəflərin təmsil olunacağı komissiya parlament seçkiləri ilə bağlı araşdırma aparacaq. Əgər 1 % belə yanlışlıq olarsa, növbədənkənar seçkilər elan edəcəyik”.

İ.Kobaxidze hər hansı pozuntunun aşkarlanacağı halda siyasi fəaliyyətini dayandıracağını deyib.

Qeyd edək ki, qonşu ölkədə oktyabrın 31-də keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu” qalib gələrək parlamentdə 90 yer əldə edib. Qanunverici orqana keçən 8 müxalifət partiyası isə deputat mandatlarından imtina edib. Parlamentin ilk iclası dekabrın 11-də keçiriləcək/Report.