XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 17:46

Türkiyə prezidenti:"Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib"

“Bu hadisə Fransanın son vaxtlardakı irqçi yanaşmasının yeni təzahürüdür. Buradakı yanaşma əsla bağışlana bilməz”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl Çempionlar Liqasısının qrup mərhələsinin VI turunda “Başakşehir”in Fransa PSJ-si ilə matçının yarımçıq dayandırılmasına münasibət bildirərkən deyib.

“Mən dünən axşam tvitter hesabımda açıqlama verdim. “Başakşehir” qəti mövqe tutdu, meydanı tərk etməklə ən doğru seçimi etdi. Rumıniyalı hakimin çıxarılmasına rəğmən futbolçular müqavimət göstərdilər və “Bizim üçün bu, yetərli deyil” dedilər. UEFA hakimlərin 4-nü də dəyişdirmək qərarına gəldi. Matçın yenidən oynanılmasını bu şəkildə qəbul etdilər. Bu axşam matç oynanacaq. Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib. Ümid edirik ki, bu axşamkı qarşılaşma yaxşı başa çatacaq”, – Ərdoğan əlavə edib..

Qeyd edək ki, PSJ – “Başakşehir” oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək/Report.