XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 19:56

MDB ölkələri sammiti dekabrın 18-də keçiriləcək- Onlayn rejimdə

MDB ölkələri sammiti dekabrın 18-də onlayn rejimdə keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dekabrın 10-da sammit öncəsi MDB ölkələri xarici işlər nazirlərinin şurası təşkil olunacaq.

Şurada koronavirsun fəsadlarının qarşısının alınması məqsədi ilə müştərək əməkdaşlıqla bağlı məsələlər müzakirə ediləcək.

Bundan başqa, bəyəniləcəyi təqdirdə MDB ölkələri rəhbərlərinin müzakirəsinə veriləcək sənədlərə də baxış keçiriləcək.