Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanmış Rusiya istehsalı olan peyvəndi almaqdan imtina edib.
APA-nın xəbərinə görə, bu barədə “Habertürk” Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya istinadən məlumat yayıb.
Nazir bildirib ki, Rusiya istehsalı olan peyvənd adenovirusludur: “Problem peyvəndin GLP tələblərinə cavab verməməsindən qaynaqlanıb. Bu səbəblə ÜST və dünya ölkələri bu peyvəndi ala bilməz”.
Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin səhiyyə nazirinin peyvəndlə bağlı fikirlərinə münasibət bildirib. O qeyd edib ki, koronavirusa qarşı Rusiya peyvəndinin testi və sınağının nəticələri onun effektliyini və etibarlılığını göstərir.
“Birmənalı olaraq Rusiya peyvəndinin testlərinin və sınaqlarının nəticələri onun effektliyini və etibarlılığını göstərir”, – deyə D. Peskov vurğulayıb.