İran Dini Ekspertlər Şurasının 89 yaşlı üzvü Ayətullah Məhəmməd Yəzdi vəfat edib.
Strateq.az İran KİV-inə istinadən xəbər verir ki, o, bir müddət əvvəl həzm sistemindəki xəstəliklə bağlı hospitala yerləşdirilib.
Ayətullah Yəzdi İslam İnqilabının qələbəsindən sonra müxtəlif sahələrdə bir çox vəzifələr tutub. O cümlədən İslam Şurası Məclisi, Nəzarətçilər Şurasına üzvlüyü, məhkəmə hakimiyyətinə sədrlik, Ekspertlər Şurasının üzvlüyü və Qum Müəllimlər Cəmiyyətindəki katibi.
Mərhum bu gün Qum şəhərində dəfn olunub.