XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 22:35

Türkiyə klubunun prezidentinə silahlı hücum olub

Türkiyənin II (səviyyəcə 3-cü) liqasında çıxış edən “Gümüşhanespor” klubunun prezidenti Vahit Olqun silahlı hücuma məruz qalıb.

“Report” “İhlas” agentliyinə istinadən xəbər verir ki, funksioner “Zonquldak Kömürspor”la bugünkü matçda sonra klubun inzibati binasında naməlum şəxs tərəfindən güllələnib.

Mərmilərdən biri Olqunun bədəninə dəyib və o, dərhal xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.