XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 14:29

Yerevanda növbəti aksiya:etirazçılar hökumət evinin qarşısına sikkə atıblar

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər hökumətin yerləşdiyi binanın qarşısına 10 dramlıq sikkə (0,035 AZN) atıblar.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, bununla aksiyaçılar baş nazirin komandasının son günlər aldıqları mükafata işarə ediblər.

Etirazçılar hökumət binasına soxulub, Nikol Paşinyanla görüşmək istəyiblər. Aksiyaçılar yürüş ediblər.

Polis binanın qarşısına toplaşan aksiya iştirakçılarını tutmağa başlayıb.

Qeyd edək ki, sikkələr atılan zaman Nazirlər Kabinetinin iclası keçirilirmiş/Report.