XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 00:23

Yanvarın əvvəlinə gündəlik 20-25 min COVID-19-a yoluxma halı proqnozlaşdırılır- Ukraynada

Ukrayna hökuməti yanvar ayının əvvəlində yeni koronavirus infeksiyası hallarının sayının gündə 20-25 min olacağını gözləyir. Tibb sisteminin çökməsinin qarşısını almaq üçün hökumət yanvar ayının əvvəlində karantini sərtləşdirməyi planlaşdırır.

Bunu Baş nazir Denis Şmıqal “Ukraynskaya pravda”ya verdiyi müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, karantinin sərtləşdirilməsi tibb sistemini çökdürə biləcək vəziyyətin – gün ərzində 32 minə qədər yoluxma faktı ilə üzləşmək təhlükəsinin qarşısını almağa imkan verəcək.

Xatırladaq ki, Ukraynada karantin yanvarın 8-dən 24-dək sərtləşdiriləcək. Bu müddət ərzində mədəni-kütləvi tədbirlər qadağan ediləcək, tədris prosesi dayandırılacaq, TƏM, ictimai-iaşə müəssisələri bağlanacaq(azərtac).