XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 20:33

Ermənistanda ümumi səfərbərlik ləğv edilib –Hökumətdən qərar

Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.

“news.am”ın verdiyi xəbərə görə, bununla bağlı Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.

Qərar 25 dekabradək mərhələli şəkildə silahlı qüvvələrdə və digər müvafiq dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların qismən tərxis edilməsini və hərbi nəqliyyat öhdəliyinə əsasən qurumlardan götürülən nəqliyyat vasitələrinin geri qaytarılmasını nəzərdə tutur.

Xatırladaq ki, Ermənistanda sentyabrın 27-də ümumi səfərbərlik elan olunub/APA.