XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 20:55

MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub –Rusiya XİN-dən açıqlama

MDB ölkələrinin xarici işlər nazirləri arasında onlayn keçirilən görüşdə əməkdaşlığın başlıca istiqamətlərinə dair konsepsiya qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə müxtəlif sahələrdə əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunarkən koronavirus pandemiyasının fəsadlarına qarşı birgə fəaliyyətlərə xüsusi diqqət yetirilib.

Həmçinin BMT-nin 75 illiyinə dair birgə bəyanat layihəsi təsdiqlənərək MDB zirvə görüşünə təqdim olunacaq.

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2021-ci ilin 2 aprel tarixində keçiriləcək/Report.