XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 09:11

Dünyada koronavirus:yoluxanların sayı 70 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb.

Trend-in “Worldometers” portalına istinadən verdiyi məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 70 677 151 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 587 425 nəfəri ölüb, 49 127 969 nəfəri isə sağalıb.

Ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında ABŞ (16 021 018), Hindistan (9 796 992) və Braziliyada (6 783 543) yer alıblar.

Cons Hopkins Universiteti öz növbəsində bildirir ki, dünyada koronavirusa yoluxanların sayı 69 483 855 nəfər təşkil edir.