XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 14:08

2021-ci ildə Avropa aviaşirkətlərinin zərəri 12 mlrd. dollara yaxın olacaq –IATA

Gələn il aviaşirkətlərin ən çox zərər gördüyü region Avropa olacaq. Belə ki, 2021-ci ildə Avropa aviadaşıyıcılarının ümumi zərəri 11,9 mlrd. ABŞ dolları olacağı gözlənilir.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

IATA-nın son iqtisadi proqnozu onu göstərir ki, 2021-ci ildə Avropanın aviaşirkətlərin gördüyü ən böyük zərər (11,9 mlrd. dollar) və EBIT marjası (-9,5%) baxımından ən çox zərər çəkən region olacaq. Qitədə bu il sərnişindaşıma 70% azalıb, bu da Afrika (-72%) və Yaxın Şərq (-73%) regionları istisna olmaqla ən pis göstəricidir. Gələn il sərnişin axınının artımının zəif olacağı gözlənilir (47,5%) ki, bu da Asiya-Sakit okean (50%) və Şimali Amerika (60,5%) regionları ilə müqayisə azdır.

“Bu və gələn il üçün olan proqnozlarımız Avropa hava nəqliyyatında fəlakətli vəziyyəti nümayiş etdirir. Sərhəd məhdudiyyətləri və karantin tədbirləri tələbatın dayanmasına gətirib çıxarıb və region dünyanın əksər bölgələrindən daha çox zərər çəkib”, – deyə IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvarsman. (apa)