XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 20:55

Karantindən sonra İranda koronavirusa yoluxmanın azalması müşahidə edilir –Səhiyyə Nazirliyi

Koronavirusla əlaqədar olaraq İranda tətbiq edilən sərt karantin rejimi müsbət nəticə verib.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki, əgər karantindən əvvəl sutka ərzində 13 min yoluxma və 500-ə yaxın ölüm faktı qeydə alınırdısa, hazırda yoluxma halı 9 min səviyyəsinə enib.

Noyabrın 11-nə olan məlumata əsasən son sutkada İranda 9 min 594 nəfər koronavirusa yoluxub, 232 nəfər isə həyatını itirib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 92 min 617-yə, ölənlərin sayı isə 51 min 728-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 min 760 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 787 min 853 nəfər sağalaraq evə buraxılıb. (AZƏRTAC)