XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 17:48

“Aİ-nin ədalətli liderləri Türkiyəyə sanksiya tətbiq edilməsi ilə bağlı oyunu pozdular” –Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) ölkəsinə sanksiya tətbiq edəcəyinə dair məsələni mart ayına qədər təxirə salmasına münasibət bildirib.

Cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, həmin tarixdə də ölkəsinin əleyhinə qərar veriləcəyini gözləmir.

“Əslində Xarici İşlər Nazirliyimiz səviyyəsində verilən açıqlamalar onların haqsızlığını ortaya çıxarmaq baxımından çox önəmli idi. Avropa İttifaqına üzv dövlətlərin adil, müdrik mövqeyi olan liderləri var və onlar ədalətli yanaşmaları ilə bu oyunu pozdular. Gələn ilin martında keçiriləcək sammitdə Türkiyə ilə bağlı müzakirələrin aparılması kimi bir gözlənti var. Amma mən bunu çox açıq şəkildə bildirmək istəyirəm ki, orada da əleyhimizə hər hansı məsələnin ortaya çıxması mümkün deyil”, – deyə o vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Aİ-nin viza rejimi, gömrük azadlığı və digər bir çox məsələdə Türkiyəyə verdiyi vədlər yerinə yetirilməyib: “Hazırda bu istiqamətdə diplomatik danışıqlar davam etdirilir”. (apa)