XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 21:04

“OPEC+” nazirlərinin monitorinq komitəsinin iclası keçiriləcək

“OPEC+”un nazirlərinin monitorinq komitəsinin (JMMC) növbəti iclası dekabrın 16-da keçiriləcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Qeyd edək ki, gələn ilin yanvarın 4-ə “OPEC+” nazirlərinin növbəti görüşü keçiriləcək.

Xatırladaq ki, dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.