XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 11:00

“ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanılacaq”- Tramp

ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanılacaq.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki videomüraciətində bildirib.

Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi “BionTech” və “Pfizer” şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

“Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli peyvənd yaratmışıq. Bu, tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara nəzarət İdarəsinin “Pfizer” peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm”, – deyə Tramp videomüraciətində bildirib.

Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir.

ABŞ Prezidenti bildirib ki, artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq.

Tramp əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq.