XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 19:45

Çində hazırlanan yeni koronavirus dərmanı 86 faizlik səmərə göstərib

Çin Milli Biotex Qrupu (CNBG) şirkəti 2021-ci ildə koronavirusa qarşı peyvənd dərmanından 1 milyard doz istehsal etməyi nəzərdə tutur.

“Report” “Beijing Ribao”ya istinadən xəbər verir ki, bu barədə CNBG-nin Direktorlar Şurasının sədri Yanq Siaominq bildirib.

O, hazırladıqları yeni koronavirus dərmanının 10 ölkə və regionda keçirilən sınaqlar zamanı 86 faizədək səmərə göstərdiyini diqqətə çatdırıb.

Ekspertin sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı bütövlükdə 212 dərman hazırlanıb ki, bunlardan 48-i könüllülər üzərində sınaqdan keçirilir.

Bundan əvvəl Pekində yerləşən “Sinovac Biotech” şirkəti hazırladığı yeni dərmandan ildə 600 milyon doz istehsal etmək üçün 500 milyon ABŞ dolları məbləğində sərmayə cəlb etdiklərini açıqlamışdı.