XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 22:28

Çində Rusiya ilə həmsərhəd şəhərə giriş-çıxış bağlandı –Koronavirusa görə

Çində Dunin şəhərinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

“Ria Novosti” xəbər verir ki, şəhər ərazisində həmçinin, ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin idarə edilməsi də qadağandır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib/Report.