XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 09:20

Fransa paytaxtında etiraz aksiyaları davam edir –Saxlanılanların sayı 140 nəfəri keçib

Parisdə keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 142 nəfərə çatıb.

Bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

Bundan əvvəl 119 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

“Zorakılıqlar törətmək üçün bir neçə yüz iğtişaşçı gəlmişdi. Xuliqanlara qarşı möhkəmlik strategiyası – 142 nəfərin saxlanılması və aksiya iştirakçılarının müşayiəti – iğtişaşçıların qarşısını almağa və ticarət sahələrini qorumağa imkan verdi”, – deyə nazir öz “Twitter” səhifəsində yazıb.